Norveçdə neft tankeri yanır

369

Norveçin Bergen şəhərindəki Sture terminalı yaxınlığında dayanan “Dubai Harmony” tankerində yanğın baş verib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Norveç polisi məlumat yayıb.

Tankerdə 40 kubmetr yanacaq var.

100-dən çox insan təxliyyə edilib.

NRK teleradio şirkəti isə tankerin göyərtəsində hələ 23 dənizçinin qaldığını qeyd edib.