Şərq-Qərb Nəqliyyat Dəhlizində yükdaşımaların artacağı gözlənilir

318

“Bu ilin doqquz ayında Şərq-Qərb Nəqliyyat Dəhlizi üzrə daşımaların 37 mln tona yaxın olacağı proqnozlaşdırılır”.

Bunu “Report”a Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin (TRASECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Akif Mustafayev deyib.

O vurğulayıb ki, sözügedən dövr ərzində tranzit daşımalarının 7,5 mln ton təşkil edəcəyi gözlənilir: “Türkiyəyə Azərbaycan ərazisindən daşınacaq yüklərin sayının artacağı gözlənilir. Bu da ki, Türkiyənin Türkmənistana ixracının artması ilə bağlıdır. Hazırda bu istiqamətdə danışıqlar aparılır. Bununla yanaşı, Çindən də Azərbaycana yüklərin artacağı da gözlənilir”.

Xatırladaq ki, bu ilin I yarısında Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsilə 4 mln ton tranzit yük daşınıb. Şərq-Qərb Nəqliyyat Dəhlizi Orta Koridor adlanır, Çindən Türkiyəyə, eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir.