Atlantik okeanında ukraynalı dənizçilərin olduğu gəmi batıb, itkin düşənlər var

388

Atlantik okeanda fırtınaya düşmüş, Ukrayna ekipajının olduğu “Bourbon Rhode” gəmisi batıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Gəmi sahibinin yaydığı press-relizdə bildirilir ki, hələlik gəmi heyətindən yalnız üç nəfər xilas edilib.

“Təsdiq edilib ki, gəmi batıb“, – deyə gəmi sahibi bildirib.

Xilasedicilər Fransanın Hərbi-Dəniz Qüvvələri ilə birlikdə insanların axtarışı üçün bütün zəruri tədbirləri davam etdirirlər. Qeyd edilir ki, bir çox ticarət gəmiləri yardım üçün hərəkət istiqamətini dəyişdirib.

Daha əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin Konsul Xidməti Departamentinin direktor müavini Vasiliy Kiriliç bildirib ki, “Bourbon Rhode” Atlantik okeanında fırtına zamanı itib. Ekipaj üzvləri arasında Ukraynanın təxminən on vətəndaşı var.

Sonra məlum olub ki, ekipajın üç üzvü xilas edilib, onlardan ikisi ukraynalıdır.