“Kalvari” sinfinə mənsub dizel-elektrikli “Kanderi” sualtı gəmisi Hindistan Müdafiə naziri Rajnas Sink tərəfindən sentyabrın 28-də Hindistan Hərbi Dəniz Qüvvələrinə təqdim ediləcək.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Naval Group” şirkəti tərəfindən hazırlanan “Kanderi” istismara verildikdən sonra Hərbi Dəniz Qüvvələrinin 17-ci sualtı gəmisi olacaq.
Qeyd edək ki, 8 zabit və 35 dənizçi heyəti tərəfindən idarə olunan “Kanderi” 50 gün dənizdə qala bilər.
1775 ton çəkisi olan sualtı gəmi 21 düymlük borudan atıla bilən torpedalarla ölümcül silahlanmaqla rəqib sualtı gəmilərini vura bilir. Sualtı gəmi kəşfiyyat toplanması, mina atma və əraziyə nəzarət əməliyyatları da həyata keçirə bilər.