Tayvanda körpü çökdü – Ölənlər var

297

Tayvanın şimal-şərqində körpünün çökməsi nəticəsində beş nəfər həlak olub.

Trend-in məlumatına görə, daha bir nəfər itkin düşüb.

Hadisənin qurbanları İndoneziya vətəndaşlarıdır. Hazırda itkin düşən şəxsin axtarışları aparılır.

Qeyd olunur ki, körpü çökən zaman indoneziyalı balıqçıların olduğu qayıq körpünün altında olub.