8 yaşlı avstraliyalı nəhəng köpək balığını tilovla ovladı – FOTO/VİDEO

313

Avstraliyada 8 yaşlı Djeyden Millauro 314 kiloqramlıq köpək balığını ovlayaraq dünya rekordunu yeniləyib.

“REN” xəbər verir ki, uşaq köpək balığını tilovla ovlamağa müvəffəq olub.

Məktəbli çəkisinin cəmi 40 kiloqram olmasına baxmayaraq, özündən 8 dəfə ağır olan nəhəng balığı sudan dartıb çıxara bilib.

“Mən qayığın divarına arxalanaraq özümü saxlamağa çalışırdım”, – deyə Djeyden bildirib.

Uşaq rəsmi olaraq yeni dünya rekordçusi ola bilər. Dünyada ən böyük köpək balığının tutulması üzrə hazırkı rekordu Yan Hissi əldə edib. O, 1997-ci ildə 312 kiloqamlıq köpək balığını tutub.