ABŞ-ın “USD Porter” hərbi gəmisi Batumi limanına daxil olub

242

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USD Porter” gəmisi Batumi limanına daxil olub.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar ABŞ-ın Gürcüstandakı səfirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, hərbi gəminin Gürcüstana gətirilməsi regionda təhlükəsizliyə və sabitliyin qorunmasına xidmət edir. Bu, eyni zamanda, Gürcüstan ilə Birləşmiş Ştatlar arasında hərbi əməkdaşlığın və tərəfdaşlığın inkişafına dəstək məqsədi daşıyır.

Məlumat üçün qeyd edək ki, ABŞ hərbi gəmisi artıq ikinci dəfədir Gürcüstan limanlarına gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır