Türkiyədə 140-a yaxın qanunsuz miqrant saxlanılıb

249

Türkiyənin İzmir vilayətinin sahillərində qanunsuz miqrantlar olan qayıqlar saxlanılıb.

Trend-in məlumatına görə, 2 qayığın içərisində 138 miqrant olub.

Qanunsuz miqrantlar sahil mühafizəçiləri tərəfindən Dikili və Çeşme rayonunda saxlanılıb.

Onlar Suriya və Fələstindən olan gəlmələrdir.