Səudiyyə Ərəbistanı dünyada ən böyük hərbi dəniz təlimlərində iştirak edəcək

291

Səudiyyə Ərəbistanının Hərbi Dəniz Qüvvələri ABŞ-ın komandanlığı altında keçiriləcək ən böyük beynəlxalq hərbi dəniz təlimlərində iştirak edəcək.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə krallığın Müdаfiə Nаzirliyi bildirib.

“Səudiyyə Ərəbistanı krallığının Hərbi Dəniz Qüvvələri dünyada ən böyük hərbi dəniz təlimlərində iştirak edəcək. Bu, ABŞ-ın silahlı qüvvələrinin mərkəzi komandanlığı ilə təşkil edilmiş beynəlxalq təlimlərdir”, – deyə Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur.

Bildirilir ki, oktyabrın 25-dən noyabrın 15-dək davam edəcək təlimlər Fars, Oman körfəzlərində, Aralıq dənizində, Cibuti sahilləri yaxınlığında keçiriləcək. Təlimlərdə ümumilikdə 56 ölkə və 6 beynəlxalq təşkilat iştirak edəcək.

Təlimlər Oman körfəzində baş vermiş və krallığın İranı ittiham etdiyi Səudiyyə tankerlərinə hücumdan sonra keçiriləcək.