Türkiyə Dardanel boğazını beynəlxalq gəmilərə bağladı – SƏBƏB?

701

Türkiyə Dardanel boğazını beynəlxalq gəmiçilik üçün bağlayıb.

Trend-in məlumatına görə, boğazda gəmilərin hərəkəti qatı duman səbəbi ilə dayandırılıb.

Hərəkətin məhdudlaşdırılması bu gün yerli vaxtla səhər saat 9-dan həyata keçirilib. Boğazın nə vaxt açılacağı ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, sonuncu dəfə Dardanel boğazı beynəlxalq gəmiçilik üçün iyulun 11-də eyni səbəbdən bağlanıb.