Türkiyədə 35 qanunsuz miqrant saxlanılıb

256

Türkiyənin Muğla vilayətinin sahillərində qanunsuz miqrantlar olan qayıqlar saxlanılıb.

Trend-in məlumatına görə, 2 qayığın içərisində 35 miqrant olub.

Qanunsuz miqrantlar sahil mühafizəçiləri tərəfindən Bodrum rayonunda saxlanılıb.

Onlar Əfqanıstan, Suriya, Somali, Konqo, Pakistan, Qabon, Seneqal, Burundi və Cənubi Afrikadan olan gəlmələrdir.