Dəniz limanlarında xidmətlərin səmərəliliyi indeks üzrə Azərbaycan ilk 20-yə düşüb

294

Azərbaycanın dəniz limanlarında xidmətlərin səmərəliliyi indeksi 68,6-ə yüksəlib ki, bu göstəriciyə görə Azərbaycan Dünya İqtisadi Forumunun dərc etdiyi siyahıda 141 ölkə arasında 25-ci yerdə qərarlaşıb.

Bu barədə Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi “Qlobal Rəqabətlilik Hesabatı”nda deyilir.

Hesabata görə, Azərbaycan sözügedən göstərici üzrə Kanada (68,4), İrlandiya (66,7), Yeni Zelandiya (65,6), Portuqaliya (64,6) və bu kimi dənizçiliyi inkişaf etmiş ölkələri qabaqlayıb.

Sinqapurun dəniz limanlarının xidmətlərinin səmərəliliyi 90,8-ə bərabər olub ki, bu da ən yüksək göstəricidir. Ən aşağı indeks göstəricisi isə Tacikistanda olub – 0,5.

Qeyd edək ki, səmərəlilik indeksi dəniz limanlarında təklif olunan xidmətlərin tezliyini, dəqiqliyini, sürətini və dəyərini qiymətləndirir.