Yunanıstanda iki gün qayıqla açıq dənizdə qalan turist xilas edildi

290

Yunanıstanda qayıqda iki gün açıq dənizdə qalan turist xilas edilib. 

“RİA Novosti” xəbər verir ki, Yeni Zelandiya vətəndaşı Kuşila Şteyn əri ilə Foleqandros adası yaxınlığında yaxtada istirahət edərkən ərzaq almaq üçün qayıqla adaya tərəf yollanıb. 

Xanımının gecikdiyini görək həyat yoldaşı həyəcan siqnalı verib. 

Yunanıstan sahil mühafizə xidmətinin əməkdaşlarının apardığı axtarışlar nəticəsində xanım turist Krit adasından 80 km şimalda, açıq dənizdə sağ, amma əldən düşmüş vəziyyətdə tapılıb.  

Bildirilib ki, qadın yaxtaya dönərkən qayığın kürəklərindən birini suya salıb və idarəetməni itirib. 

Bundan sonra ətrafdan keçəcək gəmilərin diqqətini çəkmək üçün o, başına qırmızı bir örtü salıb və güzgüdən istifadə edib. 

Maraqlıdır ki, xanım turistin 40 saat açıq dənizdə salamat qalmasında ona yanındakı şirniyyat kömək edib.