Dörd balıqçının dastanı; çevrilmiş qayıq, itkin düşən balıqçı

706

Bütün ölkə bu hadisənin şokunu yaşadı, acısını çəkdi. Əslində dənizin bu sifəti hər kəsə tanışdır. Dəniz yaşatdığı kimi, can da ala bilir… Saya gələ bilməyəcək qədər qurbanları olub Xəzərin…
Sonuncu bədbəxt hadisə bu ilin oktyabr ayının 6-da baş verdi. Heyyəti cəmi dörd nəfər balıqçı olan qayıq  güclü küləyə, qəzəbli dalğalara tuş gəldi və dözmədi, çevrildi…

Kifayət qədər belə hadisələrin şahidi olmuş dörd balıqçı, dörd dost, dörd həmkəndli həyat və ölümün arasında çarpışaraq vaxtsız gələn əcələ “yox” dedi, sona qədər şarpışdılar. Ac canavar kimi ulayan küləyin qabartdığı dalğaların zərbəsindən çevrilmiş balıqşı qayığından suyun üzünə çıxdılar və… dalğalar bu dörd dostun inadına qarşı daha da inadkar oldu, daha da gücləndi, dənizin tərkindən qabararaq üzə çıxdı, çahə qalxdı, idarəetməni itirən qayığa “zərbələr endirdi”, bütün ümüdləri heç etmək istədi, qurbanını tələb etdi. Dostlar isə bu ağır, bu dözülməz təbii fəlakətin qarşısında sona qədər dözməli oldular… Dözdülərmi? Dəniz yalnız qurbanını aldıqdan sonra sakitləşdi, dalğalar vahimə dolu səsini içinə çəkdi, yorğun düşmüş gavur döyüşçüsü kimi dənizin üzərinə sərildi, ağır-ağır nəfəs aldı və rahat oldu…

DHM İB zərərçəkmişlərlə görüşür

Yenicə təsis olunmuş Dənizçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi olaraq bu bədbəxt hadisənin zərərçəkmişləri ilə görüşmək və baş vermiş faciənin ağrılarını içində çəkənlərin, dünyasını dəyişmiş nakam balıqçının hüquqlarının necə qorunması, istintaqın necə aparılması qərarına gəldik. Birliyin təsisçisi və sədri olaraq məsuliyyəti öz üzərimə götürdüm.

Neftçala rayonun Kürkənd kəndi Kür çayının axarı boyunca özünün kədər dolu gününü yaşamaqdadır. Rayon mərkəzinə yaxın olan bu kəndin əvvəlki adı Novo Vasileyka olub. Kənd adamları və ətraf kəndlərdə yaşayanlar kənddən bəhs etdikdə bu byaşayış məskənin adına eləcə “Malağan” deməklə kifayətləniblər. Ötən əsrlərdə kənddə məskunlaşdırılan malağanlara görə bu yerli əhəli kəndə belə ad verib və rəsmi adı Kürkənd olsa da el arasında bu kəndi belə adlandırırlar: Malağan.

Batmış balıqçının evində

Kəndin girişində məni gənc dənizçi dostum Yavər Hüseynoğlu qarşıladı. Gəlişimin məqsədini dedim. İlk gedəcəyimiz ünvan bütün kənd camaatının, dostlarınn, doğmalarının gözünü yolda qoymuş, hər kəsin haqqında bir xəbər gözlədiyi Quliyev Vurğun Akif oğlunun evi oldu. Vurğun bədbəxt hadisənin qurbanı olmuş, dostlarının gözü qarşısında sulara qərq olmuş, itkin düşmüş balıqçıdır.

Çəpər boyu əkilən güllər oğul, ər, ata itkisini  yaşayan həyətdə hüzn və kədərlə yanaşı son dərəcə bir səliqə sahmanın da olduğundan xəbər verir.

Qara örpəkli Maral xanıma salam verirəm, gözünüz yollardan yığılsın, gedəniniz qayıtsın, deyirəm. Vurğunun qardaşı Eldarın hüzn dolu baxışlarında özünü günahkar bilən bir adamın yaşantıları əks olunub…

Dənizə çıxmamağa əsas varmış

– “Bayda” tipli qayıqda gediblər. Hava da çox küləkli olub. Çox eşitmişdik ki, Bibiheybətdə belə bir qayıq var. Təcrübəli balıqçılar deyirdi ki o qayıqla dənizə çıxmaq olmaz. Yararsızdır. Qayığın deşiyi var. Eboksitlə deşiyi tutublar. Qayığı səfərə  hazırlayıblar.

Amma, sən demə hər şey bunların dənizə çıxmamasına əsas verirmiş. Qayığın təmirsiz olmasa, 3 matordan ikisinin yarasız olması… hər şey. Dənizə çıxan anda elə qayığın biri sıradan çıxır, işləmir. Sponsor matoru dəyişdirir. Bibiheybətdən Pirallahına yola düşürlər. Yoxlama zamanı digər qayıq da işləmir. Onu da dəyişirlər. Və sonra dənizə çıxırlar….
Bu Eldarın dedikləridir.

Maral ana…

Oğlunun dənizdə itkin düşdüyü xəbərini aldıqdan sonra  səsinin qəhərlə dolmasından, başındakı qara örpəyindən, nəfəsindən, ovuc içi qədər yaşla dolu olan gözlərinin küskün, incik, məlul baxışlarından az qala ürək parçalanan ana. Anaların dərd çəkməsi necə ağır olurmuş, ilahi.
– Mən noğlumun meyidini istəyirəm. Gedən yerim olsun, onu ziyarət edim, balaları, qardaşları, doğmlaları bilsin ki, Vurğunumuzun son mənzili, qəbiri hardadır. Allah heç olmasa bunu mənə çox görməsin, – deyir Maral ana.

-Gərək oğlumun meyidini gətirəydilər, qoymayadılar batmağa, – bu da ananın sakit, pıçıltı ilə dediyi, amma qulaq batıra biləcək fəryaddan daha artıq gücə malik olan səsidir.
-Sponsorun adı Seyidağadır. Ona zəng vurduq, dedik ki, qayığının yerini de, bəlkə qardaşımdan bir nişanə qalıb. Telefonu söndürdü. Su polisinə izahat verib ki, o dörd nəfər balıq ovuna getməyib, qayığı icarəyə götürüb istirahətə gediblər, turist kimi. Artıq hər kəs öz işini düzüb qoşub, ölən ölməsin…
Eldar deyir ki, oktyabrın 6-da Vurğun anamla son dəfə danışıb. Qazaxıstan nömrəsi ilə zəng edib və deyib ki, hava çox küləklidir, atdığımız qırmaqları tapa bilməmişik, geri qayıdırıq. Geri qayıdan da isə bu bədbəxt hadisə baş verib.

Marala ana deyir ki, qayığın sahibi Seyidağa telefonu üzümə qapamazdan öncə, mən sənin oğlunun məcbur göndərməmişəm ki, dedi… O, öz işini düzüb-qoşub.

Qayıq doğrudanmı Qazaxıstan sektorunda batıb?

Sərhəd qoşunlarının dəniz bölməsinin əraziyə baxan nümayəndəliyi bunların dənizə çıxması üçün icazəni ancaq 12 mil məsafəyə verib.  Qayıq isə sahildəm 160 mil uzaqlıqda çevrilib, Qazaxıstan ərazisində. Göstərilən rəsmi kordinatlar isə ərazinin bizə aid olduğu yerdi.

Vurğun 3 uşaq atası idi. Kiçik uşaq 10-cu sinifdə oxuyur. Böyük qız təhsilini bitirib, Bakıda “Kapital bank”da işləyir. Ortancıl uşaq is əsgərlikdən yenicə qayıdıb, – Maral ana deyir və dərdli-dərdli əlavə edir:

-Mən dənizdən çox qorxuram. 6 il idi onu dənizə çıxmağa qoymurdum. Getmə, deyirdim, bala, bu dəniz hər evə, hər ailəyə bir zərər toxundurub.

Eldar: – Vurğun qorxmaz adam idi. Güclü idi. Yaxşı üzməyi bacarmırdı. Həmişə deyirdi, mən balığa gedərkən tutulmağdan yox, boğulmağdan qorxuram. Qorxduğu da başına gəldi.

Bəs necə oldu axı, bunlar qayığı idarə edə bilmədilər. Küləyin səmtinə, axarına düşüb hərəkət edəydilər, bir növ dənizi, dalğanı aldadaydılar, deyə Eldaqrın sözünə müdaxilə edirəm.
– Aqil qayığın komandiri idi, bir az  səriştəsiz olub. Neçə illərin balıqçısıdır. O gərək bunu biləydi. Amma özünü itirib. Qayıq dalğanın üzərinə gedib və idarəetmə itirilib. Nəticədə çevrilib.

Bu, Eldqrınn mülahizəsidir

Elə dənizə çıxmaq da Aqil tərəfindən təklif olunub. Vurğun evə gəlib anala məsləhət edib, anam razılıq verməsə də, dostların dənizə birlikdə çıxmasına mane ola bilməyib, – Eldar deyir.

Maral ana 42 yaşlı oğlunun yolunu hər gün, hər saat, hər dəqiqə gözləyir. Dili desə də, inanıram ki ürəyi dedikləri ilə razı deyil: – Balamın cəsədini heç olmasa tapalar, heç nə istəmirəm ki, oğlumun cəsədini istəyirəm. İstəyirəm ki, onun da məzarı olsun, balalrı onu ziyarət edə bilsin, mən üzümü sürtdüyüm, göz yaşı tökdüyüm yeri olsun…

– Axtarırlar, – deyirəm. Helikopter cəlb olunub axtarışa. Gözləri yenə də yol çəkir:

-Bizi televiziya da aldatdı. ARB də dedilər ki, balıqçıların hamısı salamatdı. FHN-nun məlumatı idi. Sonra FHN bizdən üzr istədi. Aslan adlı balıqşı var, o da xəbər verdi ki, oktyabrın 8-də Vurğunun meyidini Sumqayıta gətirirlər. Yalan çıxdı.

Maral ananın şübhələri

Dərdli ana su polisinin tədqiqatındanda razı deyil:
-Su polisi işi birtərəfli aparır. Orda Azər Paşayev adlı bir müavin var, onun bizə dedikləri də müəmmalıdır. Vüsal adlı müstəntiq isə Vurğunun əsgərlikdən yeni gəlmiş oğlu Talehi oktyabrın 14 –də  çağırıb, izahat alıb. Sonra Eldar və Maral ana izahat verib və tələb ediblər ki, uşaqdan niyə elə izahat alıblar…

…Həsənabad kəndindən Elmar adlı balıqşı rastlaşıb onlarla. 60 litr benzin berib, bir dənə də balıq, deyib ki geri qayıdın, hava pisdir. Bunlar da qayıdıblar, amma havanı düzgün dəyərləndirə bilməyiblər, – Vurğunun qardaşı Eldarın bdedikləridir bu da.

Maral ana ilə sağollaşmaq, ürək – dirək vermək istəyirəm. Ana, əgər sağ qalmış balıqçıları danışdırsan, onları ayrılıqda, tək-tək danışdır, müstəntiqlər kimi etmə, deyir.  Söz verirəm.

Ana əlavə edir, Elburus kənd uşaqlarına deyirmiş ki, qayıq çevriləndə Vurğun heç gəmidə deyilmiş, ondan bunu da soruş…

Yaşamağına peşiman olan Aqil

Gənc dostum Yavərlə balıqşı gəmisinin kapitanı olmuş Aqil Əhmədovu axtarırıq. Yavər deyir ki, o mənim anamın əmisi oğludur, gedək evinə, bu hadisədən sonra o, özünü tamam itirib, kənd işində görmək olmur onu.
Aqil evdədir. Hiss olunur ki o bədbəxt hadisədən sonra hələ də özünə gələ bilməyib.

-Özümə yer tapa bilmirəm. Yaşamaq, həyatda qalmaq üçün ölümlə mübarizə aparmaq və indi  sağ qalmaq getdikcə mənə pis təsir edir. Kaş mən də bataydım, – deyir söhbətiniz əsnasında.
-Necə oldu, axı? Sən ki, təcrübəli balıqçısan, müxtəlif balıqşı gəmilərində üzmüsən.

Aqil sualımın ardınca düşmədi. Özü-özünə daqnışırmış kimi, oktyabrın 6-da qayıq çevrildi, 7-si hava açılar-açılmaz Vurğun özünü dənizə atdı. Gedirəm, oğlum məni gözləyir, dedi.
Sonra susdu. Gözləri yaşla dolur, kipriklərinin sıxılmağı ilə göz yaşları yanağı boyu süzülür.
– Biz Vurğuna Yura deyirdik… Gəmi çevriləndən sonra, dənizin üzünə çıxdıq. Kəndirlə özümüzü biləklərimizdən  qayığa bağladıq. Ölsək də qayığı tapacaqlar və bizi apararcaqlar, deyirdik. Hələ belə dalğa görməmişdim. Mən özümü qayığın külək vuran tərəfində düz uzatmağa çalışırdım. Alınırdı da. Dalğanın zərbəsi ilk olaraq mənə dəyirdi, əks halda dalğa uşaqları qayığın arxasındakı matorlara çırpacaqdı. Bütün bədənim, bir tərəfim qançır olmuşdu. Hələ də ağrılar qalıb, deyir.

Vurğun dedi ki, oğlum məni gözləyir, evə gedirəm

Biz arada söhbət edirdik, sonumuz necə olacaq, deyə. Səhərə yaxın Vurğun qayıtdı ki, siz kimsiz burda, mən tanımıram sizi. Dedim ki, bəs bir kəntdənik, sən filankəssən, atanın adı bu, oğlunun adı bu, özünü ələ al. Dedi atamın adınnı düz dedin, amma mən sizi tanımıram, gedirəm sahilə. İpi biləyindən sivirib çıxardı, özünü atdı suya, geri qaytardıq. Təpiklə məni vurdu, amma yenə də onu saxladıq, yenidən qayığa bağladıq. Bir müddət sonra yenə də həmin vəziyyət alındı. Hər kəs özünü qorumaqla məşğul idi və o yenidən suya atıldı, məni oğlum gözləyir, evə gedirəm, dedi. Ardınca Valeh tullandı. Tuta bilmədi. Tutsaydı…- susur.
– Tutsaydı, xilas edə biləcəkdi?…
-Nə bilim. Tuta bilmədi, Vurğun fiziki cəhətdən çox güclü idi, tutsa idi, onu da çəkib apara bilərdi. Amma Allah şahiddir ki, biz onu qorumaq, salamat saxlamaq istəyirdik…

Aqil də elə ilk günbdən uğursuluqğun olduğunu deyir.

Necə oldu siz xilas olduz, Vurğun isə batdı?

Söhbətimizin bu məqamında digər balıqçı Elburus gəlir. Ona da eyni sualı verirəm, necə oldu siz xilas olduz, Vurğun isə batdı?
Elburus da bu itkinin şokundan hələ özünə gəlməyib. Biz yaxın dost olmuşuq. Kənddə hər kəs deyər ki, bizim münasibətlərimiz necə olub.

Maral anaya verdiyim sözü tuta bilmirəm. Valeh də gəlir və mən hər üç balıqçı ilə söhbətimi davam etdirirəm.
-Əslində mən sizinlə təkbə tək görüşmək istəyirdim, amma hər üçünüzlə söhbət edəsi oldum. Bu itkinin əzabına necə dözürsüz?
-Dözmək olur ki? Yura başqa oğul idi. Ürəyi yanan, əsl dost. Qardaşının biri Sibirdə yaşayır. Deyirdi ki, maya qədər bir təhər yaşayaq, gedrik onunn yanına bizə iş düzəldər, işləyərik. Kasıbçəlıqdan, işsizlikdən hamı əziyyət çəkir. – Aqil deyir bunu.
Elburusdan soruşuram ki, kənddə söz-söhbət gəzir ki sən qayıq çevriləndə Vurğun qayıqda olmayıb, demisən, bu doğrudurmu?

Sualım ona bıçaq kimi toxunur, yox, elə bir şey olmayıb, mən bunu necə deyə bilərəm, mən onu qayıqda saxlamaq üçün çox cəhd etmişəm. Amma biz bacarmadıq. Qüvvəmiz də tükənmişdi. Hər kəs özünü saxlayırdı.

Sonra nəsə fikirləşir və deyir:

-Adamın dili də gəlmir rəhmətlik deməyə. Kaş bir möcüzə ola, sağ salamat qayıda. O, mənim ən yaxın dostum olub. Balığa getmək təklifi də Vurğundan gəlmişdi. Hətta Aqilə, Valehə deyib ki, Elburusu tapaq, onu da qoşaq özümüzə, yazığın dolanışığı çox pisdir.
Valeh sözə qarışır:

-Təklif doğrudan da Vurğundan gəlmişdi. Hətta onun şəxsiyyət vəsiqəsi evdə qalmışdı. Oğluna zəng elədi, göndərdilər Bakıya, mane olmaq istəsəydilər, heç göndərməzdilər. Vurğun yaxşı dost idi, çox yaxşı oğlan idi, o özünü, sözünü itirdi, dözə bilmədi. Kaş onun ardınca suya tullananda çata biləydim, tuta biləydim ondan. Nə olardı, olardı, indi nə sizin bu sullarınızın qarşısında, nə də kənd içində başıaşağa, aciz qalmazdıq.

-Bilirsən, bizim hamımızı ölümdən Valeh qurtardı. Qayıq çevrildi və biz hamımız suyun içində idik, o bizi çıxardı.

Ya Allah, mənə güc ver, daha səndən heç nə istəməyəcəm


-Necə oldu?-Valehdən soruşdum.
-Qayıq çevrildi. Hamımız qayığın içində idik. Salonun qapısı siyirmə ilə açılır. Özümü itirmədim. Il atdım qapıya, güc gəldim, açılmadı. Ani olaraq ürəyimdən keçirdim, Ya Allah daha səndən ömrümün axırına qədər heç nə istəməyəcəm, mənə güc ver qapını açım. Bir də güc gəldim və qapı açıldı, üzüb qayıqdan çıxdım. Suyun altından gördüm ki, yuxarı işıqlıdır, havaya çıxıb nəfəs aldım. Yenidən qayığa tərəf suyun altına girdim. Ayağımı açıq qapıdan içəri saldım, qorxmayın tutun ayağımdan qalxın. Elə də etdilər. Hər 3 nəfər beləcə xilas oldu. Sonra Elburus çevrilmiş qayığın yanında olan kəndiri açıb bizə tərəf tulladı, özümüzü qayığa tərəf bağladıq… Bütün gecəni belə qaldıq. Vurğun üçütürdü. Elburusla mən onu nəfəsimizlə isidoirdik…
-Bəs, komandir Aqil nə edirdi?

-Hamımız yaşadığımıza sevinirdik. Düşünürdük ki, ölsəkdə qayğa bağlanmışıq, meyidimizi tapacaqlar. Komandir isə Özünü dalğaların qabağına sərmişdi ki, güclü dalğa bizi qayığın metal gövdəsinə, mayorlara çırpmasın… Səhəri belə açdıq. Sonra…

Susur, danışmır. Ölümü gözləri ilə görən , gözlərinin qarşısında dostlarının dənizdə necə batdığını an ba an izləyən, onu xilas edə bilməyən hər üç dost susur. Hər üçü sağ qalmalarının peşmanşılığını çəkir…

-Kaş o qayıq gəlməyəydi…
Bilmədim hansı dedi bunu. Amma söhbətin hansı qayıqdan getdiyini anladım. Söhbət onları xilas edən qayıqdan gedirdi…
Faiq Balabəyli