Qazaxıstanın səfiri Bakı Limanının baş direktoru ilə görüşüb

307

Bakı Beynəlxalq Dəniz Ticarət Limanına (Ələt) tanışlıq səfər ərəfəsində, 14 noyabr 2019-cu il tarixində Qazaxıstanın səfiri Serjan Abdıkarimov Bakı limanının baş direktoru Taleh Ziyadovla nəzakətli görüş keçirib.

Görüşdə tərəflər iki ölkə arasında tranzit və nəqliyyat sahəsində, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər, Ələt, Aktau və Kurık limanlarında Qazaxıstan və Azərbaycanın quru yük (fider) gəmilərindən toplanan rüsumların bərabərləşdirilməsi məsələsini nəzərdən keçirtdilər, həmçinin beynəlxalq yük daşımalarının rəqəmsallaşdırılması sahəsində perspektivli layihələr barədə fikir mübadiləsi apardılar.

Baş direktor səfirə Bakı limanının daha da modernləşdirilməsi konsepsiyası və limanda azad iqtisadi zonanın fəaliyyətə başlaması üçün hazırlıqlar barədə məlumat verib.