Çin Səudiyyə Ərəbistanı ilə ortaq dəniz təlimlərinə başlayıb

287

Çin və Səudiyyə Ərəbistanı üç həftəlik ortaq hərbi təlimə başlayıb.

Ordu.az xarici KİV-lərə istiandən xəbər verir ki, birgə təlim dənizdə terror və piratçılığa qarşı mübarizə üçün tərəflər arasında etimad mühiti formalaşdırmaq məqsədilə keçirilir.

Birgə təlim, son vaxtlar körfəzdəki gərginlik, neft tankerlərinə hücumlar və Səudiyyə enerji obyektlərinə böyük hücumlar fonunda icra edilir.

Qeyd edək ki, rəsmi Pekin, bu günə qədər Çinin ən yaxşı neft tədarükçüsü olan Səudiyyə Ərəbistanı ilə sıx əlaqələr saxlayır, eyni zamanda incə bir tarazlıqla rəqib İranla əlaqələri də gücləndirməyə çalışır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır