Dənizdə DƏHŞƏT: sərnişin daşıyan GƏMİ BATDI, ÖLƏNLƏR VAR

319

Aralıq dənizində gəmi batıb.

Müstəqil.az xəbər verir ki, Liviya sahillərində baş verən hadisə zamanı 100-ə qədər insan ölüb. Çox sayda sərnişin isə itkin düşüb.

Sağ qalan 30 nəfər ərazidə olan balıqçılar tərəfindən xilas edilib.

Sərnişinlərin miqrant olduğu bildirilir. Gəminin hansı istiqamət üzrə hərəkət etdiyi və göyərtədəki sərnişinlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur.