ASCO əməkdaşları üçün “Risklərin idarəedilməsi” mövzusunda keçirilən təlimlər başa çatıb

402

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları üçün “Risklərin idarəedilməsi” mövzusunda keçirilən təlimlər başa çatıb.

Təlimlərin təşkili EY (Ernst&Young) şirkətinin Kiyevdə yerləşən Biznes Akademiyasına həvalə olunub. Bununla bağlı EY ilə ASCO arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət ASCO-nun rəhbər şəxsləri üçün üç istiqamətdə proqram hazırlayıb.  Bunlar “Risk-menecment”, “Risklərin idarəedilməsi, biznes qərarlarında risklərin qiymətləndirilməsi”, “Effektiv kommunikasiya” təlimidir.

Təlimləri başa vuranlara EY tərəfindən sertifikatlar verilib.

Qeyd edək ki, “Risklərin idarəedilməsi” üzrə təlimlərin təşkili ASCO sədri Rauf Vəliyevin əmrinə əsasən Gəmiçiliyin 2019-2023-cü illəri əhatə edən 5 illik strateji Tədbirlər Planında əksini tapıb.

Mənbə: https://asco.az/asco-emekdaslari-ucun-risklerin-idareedilmesi-movzusunda-kecirilen-telimler-basa-catib/