Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib

258

Cari ilin yanvar-oktyabr aylarında dəniz limanlarında 6 milyon 775,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 6 milyon 214 min tonunu və ya 91,7 faizini tranzit yüklər təşkil edib. Noyabrın 1-nə limanlarda qalan yüklərin həcmi 195,9 min ton olub.

On ayda dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 30,9 faiz artaraq 17,8 min nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır