Alimlər yer üzündə ən böyük heyvanın nəbzini ölçdülər

265

Amerikanın Stenford Universitetinin alimləri ilk dəfə yer üzündəki ən böyük heyvan olan mavi balinanın ürək döyüntülərinin tezliyini ölçməyə müvəffəq olublar.

Tədqiqatın nəticələri “Proceedings of the National Science” jurnalında dərc olunub.

Balinanın nəbzini ölçmək üçün xüsusi cihazdan istifadə edilib. Onu alimlər Kaliforniyanın Monterey körfəzində balinanın belinə quraşdırmağı bacarıblar. Əldə olunan məlumatlar balinanın ürəyinin müxtəlif rejimlərdə işləyə biləcəyini göstərib. Heyvan dərində üzərkən, onun ürək döyüntüsünün sürəti dəqiqədə dörd-səkkizə qədər yavaşıyır – minimal göstərici iki vuruş təşkil edir.

Balina nəfəs aldığı səthə qalxdıqda, bədəndəki oksigen səviyyəsini bərpa edərkən tezlik sürətləşir. Bu vəziyyətdə onun nəbzinin tezliyinin dəqiqədə 25-37 olmağı bəlli olub.

Mavi balina – yer üzündəki ən böyük heyvandır. Onun ürəyinin çəkisi təxminən bir tondur.