Azərbaycanın ən çox məhsul aldığı İƏT-ə üzv ölkələrin ilk üçlüyündə Türkiyə, İran və Qazaxıstan qərarlaşıb

302

Azərbaycanın bu ilin 10 ayında ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Qazaxıstan qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Türkiyədən idxalın dəyəri 1 milyard 326 milyon 828 min dollar, İrandan 391 milyon 689 min dollar, Qazaxıstandan isə 170 milyon 93 min dollar təşkil edib.

Azərbaycan ötən ilin müvafiq dövrünə nisbətən hər üç ölkədən idxalı artırıb. Türkiyədən idxalın dəyərində 17 milyon 172 min dollar, İrandan 90 milyon 534 min dollar, Qazaxıstandan isə 27 milyon 827 min dollar artım müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır