Aşqabadda keçirilən görüşdə Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat layihəsi ilə bağlı müzakirələr aparılıb

348

Türkmənistanın Xarici İşlər Nazirliyində keçirilən görüşdə iki ölkənin Xarici İşlər nazirliklərinin struktur bölmələrinin rəhbərləri səviyyəsində nəqliyyat və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, tərəflər Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat marşrutunun yaradılması layihəsi məsələlərinə xüsusi diqqət yetiriblər.

Görüşdə tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, siyasi, iqtisadi-ticarət, mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, cari ilin martın 4-də Buxarestdə Rumıniya, Azərbaycan, Türkmənistan və Gürcüstan Xarici İşlər Nazirləri Xəzər və Qara dənizlər arasında yük daşımaları məsələsini müzakirə ediblər və bununla bağlı bəyannamə imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır