Mavritaniyada qaçqınları daşıyan gəmi batıb, 57 nəfər ölüb

245

Mavritaniya sahillərində göyərtəsində qeyri-leqal mühariclərin olduğu gəminn batması nəticəsində 57 nəfər ölüb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, məlumatı Mavritaniya hökuməti yayıb.

Gəmi İspaniyaya gedirmiş. Hadisə Mavritaniyanın şimalında yerləşən Nouadhibou şəhəri sahlindən 25 km aralıda baş verib. Göyərtədəki şəxslərdən 57-ü ölüb, 74-ü isə sağ xilas edilib.