Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru Taleh Ziyadov Çinin Qinqdao limanında görüşlər keçirib

577

Dekabr ayının 5-də Çin Xalq Respublikasına səfəri çərçivəsində Baş direktor Taleh Ziyadov Qinqdao limanında bır sıra görüşlər keçirib. Qinqdao limanının sədri və Şandon Liman Qrupunun Kommunist Partiyasının sədr müavini Li Fenqli ilə görüşdə qeyd olunmuşdur ki, adı çəkilən liman Orta Dəhlizlə (Middle Corridor) daşınan yükün həcminin artmasında maraqlıdır və Bakı Limanının regionda oynadığı mühüm roldan xəbərdardır. Bildirilmişdir ki, Bakı Limanı həm Avropadan Çinə və həm də, əks istiqamətdə yüklərin daşınması üçün mühüm texnoloji və geoqrafi üstünlüklərə malikdir.

Çinin qərb sahilində, Sakit okeana strateji çıxış ərazisində yerləşən Qinqdao şəhəri Çinin Avrasiya məkanı ilə körpü yolunu oynayır və 21-ci əsr İpək Yolunun qovşaqlarından biridir. Eyni adlı liman Sian şəhəri ilə sıx ticarət əlaqələrinə malikdir. Məhz bu şəhərdən bir çox yük Orta Dəhliz ilə Azərbaycandan keçməklə Avropa bazarlarına çıxır. Eyni zamanda, yaxın gələcəkdə Yaponiya və Cənubi Koreyadan Orta Koridor ilə yüklərin daşınması həyata keçiriləcək.

Xatırladaq ki, Qinqdao limanı dünyanın 8-ci, Çinin isə 2-ci ən böyük limanıdır. Eyni zamanda, adı çəkilən liman Asiyanın ilk tam avtomatlaşdırılmış limanıdır ki, burada yükboşaltma ərazisində fəhlələrdən istifadə olunmur və əməliyyatların hamısı vahid idarəetmə mərkəzindən aparılır. Nəticədə avtomatlaşdırılmış kranla bir saat ərzində 30 konteyner boşaltmaq üzrə rekord nəticə əldə edilib və bu il konteyner terminalı 20 milyon TEU konteyner aşırılıb. Özündə 4 liman kompleksini birləşdirən Qinqdao, əsasən konteyner, metal filizi, kömür və xam neft aşırılması ilə məşğul olur.

Baş direktorun baş müşaviri Rəşad Kərimov səfərdə rəhbərliyi müşayət etmişdir.