Bu gün Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı ərazisində limançılar tərəfindən 350 ədəd ağac əkilib

379

DenizXeber.az xəbər verir ki, əkilən ağaclar mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən kampaniya çərçivəsində əkilib. 

Ümumilikdə isə bu gün bütün ölkə üzrə həm Bakıda, həm də regionlarda 650 min ağac əkiləcək. Bakı Limanı olaraq “Təbiətə öz töhfəni ver” devizi altında keçirilən bu nəcib missiyadan iştirak etməkdən qürur duyuruq