SOCAR və “Baker Hughes” arasında bir sıra sənədlər imzalanıb (FOTO)

291

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Baker Hughes” beynəlxalq şirkəti arasında bir sıra sənədlər imzalanıb.

Trend-in məlumatına görə, ilk sənəd yuxarı axın əməliyyatlarında səmərəli quyuların konsepsiyasının işlənib hazırlanması və icrası ilə bağlı anlaşma memorandumudur. Bu layihənin əsas məqsədi yeni quyularda səmərəliliyin artırılması imkanlarının müəyyən olunması və əldə edilməsidir. “Baker Hughes” şirkətinin qabaqcıl texnoloji həllərinin tətbiqi Azərbaycanın neft və qaz sənayesində inkişafa dəstək olmaqla, yerli resurslar və imkanlardan daha səmərəli istifadəyə şərait yaradacaq.

Digər razılama isə “Baker Hughes” və SOCAR-ın Neft və Qaz Tədqiqatı və Layihələndirmə İnstitutu və SOCAR-ın Azərbaycanda mövcud qurğusundan səmərəli istifadə əsasında neft sənayesi üçün reagentlərin istehsalını daxildə həyata keçirməyə yol açan razılaşmadır. Qlobal hasilat standartlarını təqdim etməklə, “Baker Hughes” və SOCAR yerli istismar təşkilatlarına ölkə daxilində və Xəzər dənizi regionunda aparıcı layihələrə qoşulmaq imkanı verəcək. Bu təşəbbüs həmçinin, yerli imkanları genişləndirmək və təkmilləşdirməklə biliklərin ötürülməsinə imkan verəcək və uzun-müddətli strateji fayda yaradacaq.