“Admiral Kuznetsov” gəmisində baş vermiş yanğın söndürülüb

253

“Admiral Kuznetsov” aviasiya daşıyan kreyserində baş vermiş yanğın tamamilə söndürülüb.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində bir hərbçi həlak olub, 12 nəfər xəsarət alıb. Bundan başqa, iki nəfərin taleyi hələlik məlum deyil.

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus olan və Murmanskda təmirə dayanmış gəmidə yanğın dekabrın 12-də səhər saatlarında başlayıb. Hadisənin qaynaq işləri zamanı qığılcımın yerə tökülmüş mazutun üstünə düşməsi nəticəsində baş verdiyi ehtimal olunur.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır