Mərakeş sahillərində Afrika ölkələrindən miqrantların olduğu gəmi batıb

294

Afrika ölkələrindən miqrantların olduğu İspaniyaya üzən gəmi Mərakeş sahhilərində batıb.

Trend-in məlumatına görə, 7 nəfər həlak olub, 70 nəfər xilas edilərək Mərakeş ərazisinə çatdırılıb.

Sağ qalanlar arasında 10 qadın və bir azyaşlı var. Xilas edilənlərə tibbi yardım göstərilir.