Özü-özünü idarə edən yük gəmisi sınaqdan keçirilib

300

15 dekabr 2019-cu il tarixində Çin yük gəmisi “Sindouyun 0 Hao” ilk sınaq səyahətini edib. Bu gəminin özəlliyi onun sərbəst idarə olunmasındadır.

Mütəxəssislər özü-özünü idarə edən gəminin Quandun əyalətində keçirilən sınaqlarının müvəffəqiyyətlə baş tutduğunu qeyd edirlər.

ferra.ru saytının məlumatına görə, özü hərəkət edən gəmi yüklərin təhlükəsiz və sürətli daşınmasını təmin edəcək. Gəmi elektrik mühərrikləri, muxtar idarəetmə və uzaqdan idarəetmə sistemi ilə təchiz olunub. Elektrikli gəmi həm də avtomatik naviqasiya sistemlərinə malikdir.

“Sindouyun 0 Hao” yük gəmisi Çinin” Yunhang Intelligent” şirkəti tərəfindən 2017-ci ildən inşa etdirilir.  İstehsalçılar bu qurğuların ənənəvi nəqliyyat gəmilərinə nisbətən 20% ucuz olacağını güman edirlər.