“Kanal İstanbul”a aid Ekoloji Təsir Qiymətləndirməsi raportu təsdiq edilib

239

Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi “Kanal İstanbul” layihəsinin Ekoloji Təsir Qiymətləndirməsi raportunu təsdiq edib.

AZƏRTAC xəbər verir ki, nazirliyin təsdiq qərarı “Kanal İstanbul” layihəsinin tikintisinin başlanması üçün əsasdır.

Qeyd edək ki, “Kanal İstanbul” Türkiyədə ciddi müzakirəyə səbəb olan layihələrdəndir. Onun həyata keçirilməsi məqsədilə 2011-2019-cu illər arasında ölkənin 200-ə yaxın mütəxəssisi 33 elmi sahə üzrə araşdırma aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır