Türkiyədə “İstanbul” kanalının tikintisi ilə bağlı tender elan ediləcək

246

Türkiyədə ən yaxın həftələrdə tender elan ediləcək və “İstanbul” kanalının tikinti layihəsinin reallaşdırmasına başlanılacaq.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə İstanbulda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə öz ixracını 500 milyard dollara çatdırmaqda tam israrlıdır.

Onun sözlərinə görə, rəsmi Ankara Türkiyə əleyhinə planları dağıdaraq öz yolu ilə mətanətlə gedir.

Prezident qeyd edib ki, Türkiyə 2019-cu ilin üçüncü rübündə iqtisadiyyatın 0,9 faiz iqtisadi artımı dövründə qədəm qoyub.

“Hər şey onu göstərir ki, iqtisadiyyatın bərpası sürətli templə davam edir”, – Ərdoğan deyib.