Rusiya donanmasına məxsus gəmi La-Manş boğazından keçib

249

Rusiyaya məxsus “Smolnyy Perekop” gəmisi La-Manş boğazından keçərkən Britaniya donanmasının gəmiləri onu izləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Britaniya Kral Hərbi dəniz Qüvvələrinin “HMS Tyne” patrul gəmisi Rusiya gəmisinin boğazdan keçib getməsinə nəzarət edib.

Sözügedən Rusiya gəmisi 1970-ci illərdə inşa edilib və Rusiyanın Baltik Donanmasının tərkibindədir. Təlim üçün nəzərdə tutulan gəmi özünümüdafiə və sahil patrulu üçün hazırlanmış silah-sursat daşıyır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır