Çinin nəhəng tikinti şirkəti Gürcüstanın Anaklia dərin dəniz limanının yeni investoru ola bilər

276

Çinin ikinci ən böyük tikinti şirkəti “China Railway International Group” Gürcüstanın Anaklia dərin dəniz limanının yeni investoru ola bilər.

Bu barədə Gürcüstanın parlament çoxluğunun üzvü Revaz Arveladze məlumat verib. Bildirib ki, Çin şirkəti limanın tikintisində əsas maraqlı tərəflərdən biridir.

Qeyd edək ki, ötən gün Gürcüstan hökuməti Anaklia dərin dəniz limanının inşası ilə bağlı Anaklia İnkişaf Konsorsiumu ilə imzaladığı sərmayə müqaviləsini ləğv edib. Hökumət müqavilənin xitamının səbəbinin konsorsiumun ortamüddətli öhdəliklərini yerinə yetirməməsi, limanın inşasına investor cəlb edə biləməsi ilə əlaqələndirib.