Meksikanın ilk POLA hərbi gəmisinin dəniz sınaqları keçirilib

292

Meksika Hərbi Dəniz Qüvvələrinin POLA sinfinə məxsus “ARM Reformador” gəmilərinin dəniz sınaqları keçirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ölkənin qərb sahlində baş tutan sınaqlarda gəminin naviqasiya sistemi, müxtəlif yerüstü və hava hədəfləri ilə mübarizə imkanları yoxlanılıb.

İnşasının bir hissəsi Niderlandda, digər hissəsi Meksikada baş tutan gəmi “SMART-S Mk2” radarlarına, “Harpoon” raketlərinə, 57 mm kalibrli silahlara, 12,7 mm klaibrli və Mk38 pulemyotlarına malikdir.

Gəminin 2020-ci ilin fevral ayında aktiv istismara veriləcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır