Çin-Pakistan birgə hərbi dəniz təlimləri başa çatıb

253

Çin və Pakistan hərbi dəniz qüvvələrinin “Dəniz mühafizəçiləri 2020” adlı birgə təlimləri başa çatıb.

AZƏRTAC Çin Xalq Azadlıq Ordusunun məlumatına istinadla xəbər verir ki, təlimlər 9 gün davam edib. İki ölkənin hərbi dəniz qüvvələrinin sayca 6-cı təliminin məqsədi dənizdəki müasir və qeyri-ənənəvi təhdidlər mövzusunda peşəkar təcrübə mübadiləsi aparmaq, təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək və bölgədəki təhlükəsizlik mühitini təşviq etmək olub.

Təlimlərdə Çinin 5 döyüş gəmisi və 60 nəfər şəxsi heyət, Pakistandan isə 2 freqat, 2 sürətli hücum gəmisi, bir təchizat və xilasetmə gəmisi, 2 helikopter və 60 nəfər şəxsi heyət iştirak edib. İki hissədən ibarət təlimlər zamanı Kəraçi şəhərindəki hərbi bazada və dənizdə taktiki simulyasiya, birgə patrul əməliyyatı, hava hücumundan və raketlərdən müdafiə, sualtı hücumlara qarşı müdafiə, döyüş atışları, antiterror əməliyyatları da daxil olmaqla 16 tapşırıq icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır