Təbii qaz ixracının Azərbaycanın ümumi ixracındakı payı 4,3 faizdən çox artıb

272

2019-cu ildə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı ölkənin ümumi ixracının 75,45 faizini, təbii qaz 12,05 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 2,36 faizini təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, 2018-ci ildə xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracının Azərbaycanın ümumi ixracındakı payı 80,78 faiz, təbii qazın 7,71 faiz, neft məhsullarının payı 2,68 faiz olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır