Taleh Ziyadov Davos Forumunda çıxış etdi — FOTOLAR

307

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda “Xəzər nəqliyyat dəhlizləri qlobal dəyişikliklər fonunda” panel müzakirəsində bu gün Bakı Limanının Baş direktoru Taleh Ziyadov çıxış edib.

Demokrat.az-ın məlumatına görə, Taleh Ziyadov bildirib ki, Bakı Limanı Şərq – Qərb nəqliyyat dəhlizində (Orta dəhliz) mühüm yer tutur və beynəlxalq logistika və nəqliyyat şirkətləri ilə əməkdaşlıq edərək Çinə və Mərkəzi Asiyaya daha çox yüklərin Venlo (Niderland) – İstanbul (Türkiyə) – Bakı Limanı (Azərbaycan) və Çin vasitəsilə yollanması nəzərdə tutulub.