Tələbə, magistrant və gənc tədqiqatçıların nəzərinə!

308

9-10 aprel 2020-ci il tarixlərində Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli  Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan  “Dəniz  Nəqliyyatının  İnkişaf Perspektivləri” mövzusunda tələbə, magistrant və gənc tədqiqatçıların ənənəvi elmi-texniki konfransı keçiriləcək.

Konfransın bölmələri:

  • Gəmiqayırma və gəmi təmiri
  • Dəniz naviqasiyası
  • Gəmi energetik qurğuları
  • Gəmilərin elektrik avadanlıqları və avtomatikası
  • Mexanika və tətbiqi mexanika
  • Riyaziyyat və informatika
  • Su nəqliyyatının humanitar və dilçilik məsələləri

İştirakçılar təqdim olunacaq tezislərin adlarını kafedra iclasında təsdiq edildikdən sonra fevral ayının 17-dək, tezislərin mətnlərini isə (iştirakçının qrupu, soyadı, adı və elmi rəhbərini göstərməklə) mart ayının 18-dək ADDA-nın Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.

Ən yaxşı məruzələr Konfransın tezislər toplusunda dərc olunacaq.

Nümunəvi çıxışları ilə fərqlənənlər ADDA-nın fəxri diplomları ilə təltif ediləcəklər.

Ətraflı məlumat üçün Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinə müraciət etmək olar.

Mənbə: http://adda.edu.az/az/announce/264