Taleh Ziyadov Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb

321

27 yanvar tarixində Bakı Limanının Baş direktoru Taleh Ziyadov Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb. Görüş zamanı Baş direktor qonağı yeni fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Baş direktor ilk öncə qonağa limanda tətbiq olunan tam avtomatlaşdırılmış və müasir standartlara uyğun texnoloji həllər barədə məlumat verərək bildirib ki, həm limanda çalışan şəxslər, həm də yük sahibləri onlayn olaraq yüklərin statusu və harada olduğu ilə bağlı məlumatları çox rahat əldə edə bilərlər. Daha sonra qonağa bildirdil ki, Bakı Limanı Xəzər bölgəsində PERS – “EcoPorts” sertifikatı alan ilk limandır.

İki ölkə arasında biznes əlaqələrinin möhkəmlənməsi məqsədi daşıyan görüş zamanı Litvanın Klaypeda və Bakı Limanı arasında ola biləcək bilik və təcürbə mübadilələri barədə də müzakirələr aparılıb.