Bakı, Türkmənbaşı, Aktau və Kurık limanları rəqəmsal platforma yaratmağı planlaşdırır

357

Bakı, Türkmənbaşı, Aktau və Kurık şəhərlərinin Xəzər dənizindəki limanları öz aralarında məlumat mübadiləsini asanlaşdırmaq üçün rəqəmsal platforma yaratmağı planlaşdırır.

“Report” Türkmənistan KİV-inə istinadən xəbər verir ki, bu məsələ yanvarın 28-29-da Türkmənbaşı şəhərində ATƏT-in Xəzər dənizində dostluq əlaqələrinin uğurla təbliği və möhkəmləndirilməsinə həsr olunmuş “Xəzər dənizi regionunda yaşıl limanların inkişafına dəstək” layihəsi çərçivəsində keçirilmiş görüşdə müzakirə olunub.

Forumda enerji səmərəliliyinin tətbiqi və liman əməliyyatlarında ticarət prosedurlarının sadələşdirilməsi istiqamətində gələcək addımlar müzakirə edilib, eləcə də gələcəkdə Xəzər bölgəsində dayanıqlı ticarət və detallaşdırmanın ticarəti asanlaşdırmaq üçün bir vasitə kimi rolu barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, “Xəzər dənizi regionunda yaşıl limanların inkişafına dəstək” layihəsinə 2019-cu ildə Azərbaycan, Türkmənistan və Qazaxıstanda Xəzər bölgəsi mövzularının vahid tematikası ilə əlaqədar silsilə tədbirlər şəklində başlanılıb.