ABŞ-ın “Fitzgerald” esminesinin dəniz sınaqları başlayıb

249

ABŞ Hərbi Dəniz Qüvvələri idarə olunan “USS Fitzgerald” (DDG 62) esminesinin sınaqlarına başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, esminesin naviqasiya, nəzarət, elektrik, döyüş sistemləri, eləcə də rabitə və sürətləndirici avadanlıqları sınaqdan keçiriləcək.

Qeyd edək ki, “Fitzgerald” esminesinin 2017-ci ildə Sakit okeanın qərbində bir ticarət gəmisi ilə toqquşmasından sonra bir sıra sistemləri sıradan çıxıb. Bərpa və modernləşdirmə işlərindən sonra esmines yenidən dənizə buraxılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır