İstanbulda fırtına ilə bağlı xəbərdarlıq edilib

303

İstanbulda fırtına ilə bağlı xəbərdarlıq edilib.

AZƏRTAC xəbər verir ki, yerli hidrometeoroloqların proqnozlarına görə, fevralın 6-dan etibarən İstanbulda hava şəraiti kəskin dəyişəcək, hava temperaturunun 20 dərəcə düşəcəyi ehtimal edilir. Şəhərdə küləyin sürətinin saatda 100 kilometrə qədər yüksələcəyi bildirilir. Bu səbəbdən Bosfor Boğazında bəzi gəmi səfərlərinin təxirə salınacağı ilə bağlı xəbərdarlıq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır