Turistlər olan kater toqquşdu, ölənlər və yaralananlar var – FOTO

369

Tailandda katerlərin toqquşması nəticəsində turistlər yaralanıb.

“The Phuket News”un xəbərinə görə, hadisə dənizdə Puket adasının sahilində baş verib.

Xəbərdə bildirilir ki, turist kateri ilə “ALP” şirkət katerinin toqquşmasına yüksək sürət səbəb olub. Hadisə nəticəsində turist katerində olan iki Rusiya vətəndaşı ölüb.

Onlar 6 yaşlı qız və 12 yaşlı oğlan olublar. 20-dən çox turistin zədə aldığı bildirilib. Xilasedicilər yaralılara ilk tibbi yardım göstərdikdən sonra onlar xəstəxanaya yerləşdirilib.