Kiçikhəcmli gəmilərin istifadəçilərinə təhlükəsizlik qaydaları izah edilib

278

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Şimal Regional Mərkəzinin əməkdaşları ilə birgə maarifləndirmə tədbiri keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Xaçmaz rayon Müqtədir qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə bu tip gəmilərin təchizatı barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə müvafiq sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb.

Kiçikhəcmli gəmilərin sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Sonda iştirakçılara kiçikhəcmli gəmilərin avadanlığı və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır