Xəzərdə zəlzələ oldu, sahildə hiss edildi

343

Xəzərdə zəlzələ olub. 

Bu barədə Oxu.Az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 

Məlumata görə, 4.3 maqnitudalı yeraltı təkanlar yerli vaxtla saat 17:49-da qeydə alınıb. 

Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.  

Yeraltı təkanlar sahilə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.