ABŞ-ın “Xəzər Siyasəti Mərkəzi”-nin üzvləri Bakı Limanına səfər ediblər

316

18 fevral 2020-ci il tarixində ABŞ-ın “Xəzər Siyasəti Mərkəzi”-nin (Caspian Policy Center) üzvləri Bakı Limanına səfər ediblər.

Qonaqların diqqətinə çatdırılıb ki, 2018-ci ildə rəsmi açılışı həyata keçirilən Bakı Limanı Xəzər hövzəsinin ən böyük limanıdır. Burada əməliyyatların əksəriyyəti avtomatlaşdırılıb, yükdaşıyıcıları üçün aydın və şəffaf prosedurlar tətbiq olunur. Bunun nəticəsidir ki, 2019-cu ildə Bakı Limanında konteynerlərin və təkərli texnikanın aşırılmasında son 28 ilin ən yüksək göstəricisi qeydə alınıb. Belə ki, qeyd olunan dövrdə 35 152 TEU konteyner aşırılıb ki, bu da öz növbəsində keçən illə müqayisədə 54% artım deməkdir. Təkərli texnikanın aşırılmasında 2018-ci ilə nisbətən 57% artım qeydə alınıb və 33 671 təkərli texnika aşırılıb.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov bildirib ki, 21-ci əsirin limanını gənc və dinamik komandasız, ekoloji parametrlər və rəqəmsallaşma olmadan təsəvvür etmək mümkün deyil. Bu baxımdan Bakı Limanı ATƏT, Avropa İttifaqı, Avropa Dəniz Limanları Təşkilatı kimi mötəbər qurumları ilə əməkdaşlıq edir.

Tədbirin sonunda qonaqları maraqlandıran suallar cavablandırılıb.