BP Cənubi Qafqazda bərpa olunan enerji istehsalına maraq göstərir

265

BP şirkətinin Cənubi Qafqaz regionunda, o cümlədən Gürcüstanda bərpa olunan enerji istehsalına marağı artıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons arasında keçirilən görüşdə bildirilib.

Tərəflər Böyük Britaniya şirkətinin gələcək planlarını da nəzərdən keçiriblər. Qeyd olunub ki, BP fəaliyyətində həm enerji resurslarının hasilatı, həm də çatdırılması zamanı CO2 tullantılarının miqdarını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.

Xatırladaq ki, BP Gürcüstanda 1996-cı ildən fəaliyyət göstərir və və hazırda ölkənin ən böyük investorlarından biridir.