Güclü külək səbəbindən iki gəmi toqquşdu – ANBAAN VİDEO

252

Kanar adalarında iki gəmi toqquşub.

REN TV-nin məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayımlanıb.

Məlumata görə, “Bencomo Express” paromu limandan uzaqlaşmaq istəyib. Lakin güclü külək onun manevrinə çətinlik yaradıb.

Hava şəraiti ilə əlaqədar gəmi okeana çıxa bilməyib və “Volcan de Taburiente” paromuna çırpılıb.

İlkin məlumatlara görə, zərərçəkən yoxdur. Ancaq gəmilərə zərər dəyib.