“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” koronavirusla mübarizəyə 100 min manat ayırdı

248

“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək olub.

“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” koronavirus pandemiyasının ölkə iqtisadiyyatına və vətəndaşlarına mənfi təsirinin yayılmasının qarşısını almaq məqsədilə Fonda 100 min manat köçürüb.