İLO: Koronavirus əmək böhranına səbəb ola bilər

264

Koronavirus (COVID-19) pandemiyasının yaratdığı iqtisadi və sosial risk qlobal işsizliyi, təxminən, 25 milyon nəfər artıra və əmək böhranına səbəb ola bilər.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (İLO) “COVID-19 və İş Həyatı: Təsir və Cavablar” adlı ilkin qiymətləndirmə hesabatında bildirilib.

“İLO”un hesabatında pandemiyanın əmək bazarına təsirini azaltmaq və ya aradan qaldırmaq üçün görüləcək əsas tədbirləri də açıqlayıb:

– Sosial müdafiənin genişləndirilməsi;

– Qısa iş vaxtı, ödənişli məzuniyyət və digər təşviqlərlə məşğulluğun qorunmasına dəstək verilməli;

– Biznesin həcmindən asılı olmayaraq bütün müəssisələrə, yəni mikro, kiçik, orta və iri müəssisələrə maliyyə və vergi dəstəyi vermək;

– Maliyyə və pul siyasəti tədbirlərinin alınması;

– İqtisadiyyatın xüsusi sektorları üçün kredit və maliyyə dəstəyi təmin etmək;

Hesabatda bildirilib ki, məşğulluğun azalması bu ilin sonuna qədər qlobal miqyasda işçilərin gəlirlərinin təxminən 860 milyard- 3,4 trilyon ABŞ dolları civarında azalmasına səbəb olacaq.